Azərbaycan Mərkəzi Bankı Şuşada nümayəndəlik açacaq

Tural İbadlı Daxili xəbərlər | Sosial 29 yanvar 2021
0

 “Qarabağla bağlı bizim çox geniş proqramımız var. Orada biz maliyyə-bank infrastrukturunu formalaşdırmaq istəyirik”.

"NewsCafe" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum işğaldan azad edilmiş ərazilərdə iki nümayəndəlik açacaq.

“Artıq bank sektoru ilə geniş müzakirələrimiz var. Onlar buna müsbət yanaşırlar. AMB-nin orada iki böyük ərazi idarəsi olacaq. Arzu edirik ki, onlardan biri Şuşada olsun", - deyə E.Rüstəmov qeyd edib.

Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031