Kamran Əliyevin işdən çıxardığı kürəkəni DTX-də rəis oldu

Tural İbadlı Daxili xəbərlər 04 iyun 2020
0
Baş Prokuror Kamran Əliyevin işdən çıxardığı kürəkəni Orxan Nuriyevin hansı dövlət qurumunda vəzifəyə təyin olunduğu məlum olub.
"NewsCafe" xəbərə verir ki, Səbail rayon prokurorunun müavini olan Orxan Nuriyev K.Əliyevin əmri ilə bu vəzifədən azad olunduqdan sonra Dövlət Təhülkəsizlik Xidmətində fəaliyyətə başlayıb.
O.Nuriyev DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, O.Nuriyevin bu vəzifədə, ümumiyyətlə, prokurorluq orqanlarında işləməsini qanunvericilik qadağan edib. “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
@Haqqin.az
Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930