Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1% artıb

Maliyyə-Biznes | Sosial 16 iyun 2020
0

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“NewsCafe” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9% azdır.

5 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard dolları ixracın, 4,2 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 19,1%, idxal isə 28,6% azalıb.

Son nəticədə xarici ticarətdə 2,8 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 0,9% çoxdur.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930