Azərbaycan 544 min dollarlıq qırmanc idxal edib

Maliyyə-Biznes | Sosial 16 noyabr 2020
0

Bu il yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlərdən 544 min ABŞ dolları dəyərində çətirlər, gündən qoruyucu çətirlər, çəliklər, çəlik-oturacaqlar, qırmanc, minik atları üçün qamçılar və onların hissələri idxal edib.
“Newscafe” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% azdır.
Bu ilin ilk 10 ayında Azərbaycandan xarici ölkələrə isə 460 ABŞ dollarlıq çətirlər, gündən qoruyucu çətirlər, çəliklər, çəlik-oturacaqlar, qırmanc, minik atları üçün qamçılar və onların hissələri ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30