Gənc yazar deputat haqqında: "Valla, sənin dəqiq haransa ağrıyır, Fazil"

Tural İbadlı Maraqlı 22 iyun 2020
0
"Bəxtiyar Hacıyevi Fazil Mustafanın əlindən aldım, amma özüm zibilə düşdüm". "NewsCafe" xəbər verir ki, bunu gənc və qalmaqallı yazar Kəramət Böyükçöl deputat Fazil Mustafa haqqında fikirlərini bölüşərkən deyib.
Gənc yazar deputatı özü və bir sıra şəxslərlə müqayisə edib:
"Qanunsuz bir parlamentdə oturub özünü də Mirzə Cəlilə, Hüseyn Cavidə tay qoymaqdan böyük əxlaqsızlıq yoxdur. Axı sənə Mirzə Cəlil yox, Hadı Rəcəbli olmaq tapşırılıb, ay Fazil. Sənin missiyan maarifçilik yox, maarifçiliyi gözdən salmaqdır. İkincisi, mənim Xəlil Rza haqda yazdıqlarım öz fikirlərim idi və fikrimə görə söyürdülər. Sənin kimi sifariş yerinə yetirmirdim. Valla, sənin dəqiq haransa ağrıyır, Fazil. Çox dərinə getmək istəmirəm, daha dəqiq sənə baş qoşmuram. Lap daha doğrusu, yazmağa ərinirəm, yoxsa alayarımçıq istedadımla səni üzü küləyə çaparam. Get qarnını otar! Statusunu da skrin edib paylaşıram ki, daha geniş auditoriyada biabır olasan.
Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930