Məleykə Abbaszadənin prorektor işləyən qızı vəfat etib

Tural İbadlı Ölüm | Sosial 18 iyul 2020
0
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı dünyasını dəyişib.
NewsCafe” "Report"a istinadən xəbər verir ki, DİM sədrinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olan qızı Nigar Abbaszadə qəfildən vəfat edib. 
Hadisə Şamaxının Çuxuryurd kəndində yerləşən evdə baş verib. N.Abbaszadənin beyninə qan sızmasından vəfat etdiyi ehtimal olunur. 
Xatırladaq ki, 44 yaşlı N.Abbaszadə 2016-cı ildən ADPU-nun prorektoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Müəllimlər İnstitutunun prorektoru olub. 
Mərhumun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var. O, xalq yazıçısı Hüseyn Abbaszadənin hazırda ABŞ-da yaşayan oğlu İlqar Abbaszadənin qızıdır.
Qeyd edək ki, N.Abbaszadənin vəfatı barədə ilk xəbəri Qafqazinfo.az yayıb.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031