Şahmar Mövsümov: "Çimərliklərin açılmasına hazır deyilik"

Daxili xəbərlər | Sosial 20 iyul 2020
0

"Təəssüf ki, bu gün çimərliklərin açılmasına hazır deyilik. Bunu etsək koronavirusla mübarizədə əldə etdiyimiz kiçik nailiyyəti itirə bilərik".

"NewsCafe" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Böyük kütlə bir yerə gələndə yoluxma riski qat-qat artır. Mən 3 əsas riski deyə bilərəm. Birincisi çimərliklərdə məsafə saxlamaq çətindir. İkincisi insanlar orda su və yemək alırlar, bu da risk yaradır. Üçüncüsü çimərliklərə Bakının müxtəlif yerlərindən gəlirlər, bu da riskin bir rayondan başqa rayona ötürülməsi riski deməkdir. Amma bunu müəyyən şəkildə təşkil edə bilsək, vətəndaşlarımıza bir hədiyyə olar. Bu istiqamətdə də iş başlanılıb, yəgin ki avqustun 5-nə qədər çatdıra bilməyəcəyik, amma o tarixdən sonra əmin olsaq ki, bu qaydaları təhlükəsiz formada tətbiq edə bilərik, o halda nəzərə alacağıq".

Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031