Müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq

İnfrastruktur | Sosial 24 iyul 2020
0

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq iyulun 25-i gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə “NewsCafe”yə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, bu gün müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.

Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031