Daha 201 həmvətənimiz Moskvadan Bakıya gətirilib

Tural İbadlı İnfrastruktur | Sosial 27 iyul 2020
0
Azərbaycanın Milli Aviadaşıyıcısı AZAL bu gün daha bir çarter reysi ilə Moskvadan COVID-19 pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarıb.
AZAL-dan "NewsCafe"yə verilən məlumata görə, reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.
Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.
Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031