Vətəni qorumaq üçün könüllü qeydiyyatdan keçən şəxslərə zəng edilməyə başlayıb

Tural İbadlı Daxili xəbərlər | Sosial 27 iyul 2020
-1
Bu gün sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında qeydiyyatdan keçən şəxslərə Xidmətdən zəng edilməsi haqda məlumat yayılıb.
"NewsCafe" xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov bildirib ki, müraciət edənlərə zəng edilməsinin səbəbi sadəcə onların anket məlumatlarının tam doldurulması olub.
“Edilən zənglər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün müraciət edən vətəndaşların anket məlumatlarının dəqiqləşdirilməsi xarakteri daşıyır”, - o bildirib.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031