Naxçıvanda "Naz Lifan"ın daha bir modelinin yığılmasına başlanıb

Tural İbadlı İnfrastruktur 31 iyul 2020
0
Azərbaycanda yeni “Naz Lifan L7” avtomobil modellərinin yığılmasına başlanılıb.
"NewsCafe" xəbər verir ki, yığım "Naxçıvan Avtomobil Zavodu" MMC-də həyata keçirilir. 
Xatırladaq ki, əsası 2006-cı ildə qoyulmuş bu zavod 2009-cu ilin mayında Pekində keçirilmiş Çin-Azərbaycan biznes-forumu zamanı Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." avtomobil korporasiyası ilə əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, Naxçıvan şəhərində "Lifan" markalı minik avtomobillərinin istehsalı təşkil olunub.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031