"Kompüterin qabağında çimərlik paltarında dayanın, onlayn çimin"

Tural İbadlı Maraqlı 04 avqust 2020
0
"Dənizdə çimmək də onlayn olsun. Hər kəs internetə daxil olub, qeydiyyatdan keçsin. Səhifədə Xəzər dənizi, lap belə Sakit okean açılsın".
"NewsCafe"nin xəbərinə görə, belə ironik təkliflə Milli Məclisin deputatı Razi Nurullayev çıxış edib.
"Vətəndaşlar gözlərini yumub dənizi canlandırsınlar, hesab etsinlər ki, dənizdə üzürlər, sonra da çıxıb qumda uzanırlar. Elə kompüterin qabağında çimərlik paltarında dayansınlar, günəşdən yanmamaq üçün krem də sürtsünlər bədənlərinə. Təəccüblənirsiniz? Niyə? Onlayn qurban kəsə bilirsiniz, onlayn çimə bilmirsiniz? Naşükür olmayın!" - R.Nurullayev qeyd edib.
@Pravda.Az
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31