Koronavirusla mübarizəyə cəlb olunan həkimə şiddətli töhmət verilib

Tural İbadlı Səhiyyə 05 avqust 2020
0
Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edən həkim Sevda Nəsibovaya şiddətli töhmət verilib.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, S.Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum videoda yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə saldığına görə şiddətli töhmət alıb.
Töhmət alan həkimin Azərbaycanın görkəmli aşığı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin (Ədalət Nəsibovun) gəlini olduğu bildirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda S.Nəsibova həkimlər üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edib. 
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31