"Yuventus" baş məşqçisini istefaya göndərib

Tural İbadlı Futbol 08 avqust 2020
0
İtaliya "Yuventus"u baş məşqçi Mauritsio Sarrini istefaya göndərib.
"NewsCafe"un klubun rəsmi saytına istinadən məlumatına görə, 61 yaşlı mütəxəssislə əməkdaşlıq dayandırılıb.
Turin təmsilçisi Çempionlar Liqasının 1/8 finalında Fransa "Lion"u tərəfindən səfər qolu prinsipi əsasında mübarizədən kənarlaşdırılıb - 0:1, 2:1.
Sarri "Yuventus"a 16 iyun 2019-cu ildən rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında "Qoca Sinyora" "Napoli"yə uduzub.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31