“Gənclik” metro stansiyasındakı ödəmə terminalları nə vaxtdan açılacaq?

Daxili xəbərlər | İnfrastruktur 11 avqust 2020
0

Bu gündən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bu barədə “NewsCafe” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” metro stansiyasının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31