Azərbaycanın sığorta bazarı 11% böyüyüb

Maliyyə-Biznes | Sosial 27 avqust 2020
0


Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 467,483 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Newscafe” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 223,196 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,3% çoxdur.

2020-ci ilin yanvar-iyul aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 47,7 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-iyul aylarında bu göstərici 36,6 manat olub.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31