Ramiz Mehdiyev layihə-təklifimi özününküləşdirdi

Daxili xəbərlər 28 avqust 2020
0


Ramiz Mehdiyevin həyat fəaliyyətinin fəlsəfəsi: Bumeranq effekti və ya Bozun mutasiyası (Bir dövlət adamının xalqa xidmət fəlsəfəsinin mahiyyəti kadr hazırlığından ibarətdir.)

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev mətbuatda barəsində yazılanları şərh edib.

 Bir cümlədə iki dəfə “xidmət etmişəm” - “xidmət etmişəm” vurğulayıb və ya gözümüzə kül üfürüb.

 Sual ortaya çıxır - başqa nə edə bilərdin ki?!

 Əlahiddə imkanlar: sonsuz səlahiyyətin və səltənətin müqabilində.

(Biz nə edək onda?! Heç nə gözləmədən, dövlətçilik naminə bu xidməti edirik!!!)

Bildirir ki, “Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız, iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm”.

Bizcə, elm adamı faktlarla sübuta yetirər. Bu dövr ərzində (1987-1993-cü illər) H.Əliyev ilə bağlı bir ədəd yazdığı yazını arxivdən çıxarıb ictimaiyyətə təqdim edər.

 Deyir ki, “Fəaliyyətimin başlıca amalını həmişə ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin sərf etməkdə görmüşəm”.

 Maraqlıdır, müstəqillik və azərbaycançılıq siyasəti?!

Müstəqil yürüdülən siyasət var.

Bir də Azərbaycançılıq ideologiyası var.

Müstəqillik Konstitusiya Aktındı, bunun da siyasəti yoxdur.

Azərbaycançılıq ümummilli ideologiyadır, bunun da siyasəti yoxdur.

 Məsələ burasındadır ki, köhnə eşalonun və bu xislətdə olan bütün məmurların sonu belə hoydu-hoydudu ilə bitəcək.

Çünki, bunlar dövlətə-xalqa xidmət etməkdənsə irtica və intiriqa ilə məşğul olurlar.

Bunun da əvəzi, qarşılığı - ənamı, mükafatı elə budur. 

 Mən bu yazanların Ramiz Mehdiyev tərəfindən “Ramiz Mehdiyev kimi” müxtəlif haqsız, iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxulara məruz qaldığını” və ideyalarının mənimsənildiyini yaxşı bilirəm. 

Ona görə ki, özümün bir neçə ay bundan əvvəl ona təqdim etdiyim layihə-təklif özününküləşdirdi.

“Azərbaycançılıq” Elmi-İdeoloji Mərkəz yaratdı və özünü sədr, İsa Həbibbəylini isə sədr müavini təyin etdi!

(Onu da içdən etmədi. Etsəydi “azərbaycançılığı” ideologiya kimi qeyd edərdi, siyasət kimi yox.)

Bu Haqq-Ədalət deyil, dəlalətdir.

Ümumiyyətlə, boz rəng yoxdur, çalar var.

Bir də ki, rənglərin yarışmasında, finişə hamısı eyni vaxta çatsa da, birinçilik həmişə Ağ rəngə verilir.

Qeyd: 

Unutmayaq ki, R.Mehdiyev

“Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin müəllifidir və Azərbaycan Respublikasının ali mükafatı “Heydər Əliyev" ordeni ilə təltif olunubdur. 

Gəlin, bunları nəzərə alaq.

 

Yəhya Babanlı

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31