Gələn ilin büdcəsində COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

Maliyyə-Biznes | Sosial 03 sentyabr 2020
0


Azərbaycanın gələn ilki dövlət büdcəsində COVID-19 pandemiyası ilə mübarizə tədbirləri üçün 600 milyon manat ayrılacaq.

“NewsCafe” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.

Məlumata görə, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.

Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930