BNA: Həmin məlumatları yayanlar cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər

Tural İbadlı İnfrastruktur 05 sentyabr 2020
0
Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə bu günlərdə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə quruma məxsus "BakuBus" MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib. 
"NewsCafe" xəbər verir ki, Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a açıqlamasında deyib ki, bu məlumatlar həqiqətə uyğun deyil. 
“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, - o qeyd edib. 
Xatırladaq ki, H.Babayevin televiziya kanallarından birinin efirində səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Buna görə müntəzəm marşrut xətləri mövcuddur” fikirləri ictimai qalmaqala səbəb olmuş və BNA-nı kəskin tənqid hədəfinə çevirmişdi. Bundan sonra o, vəzifəsindən azad edilmişdi.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930