Manaf Ağayev saxlanıldı

Tural İbadlı Məhkəmə 17 fevral 2022
0
Sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış məlumatlara görə işğaldan azad olunmuş Füzuli rayonuna səfər edən müğənni Manaf Ağayev saxlanılıb.
"NewsCafe" Criminal.az-a istinadən xəbər verir ki, onun Füzuli rayonundan öz instagram hesabından bahalı avtomobillərlə yaydığı görüntülər geniş müzakirələrə səbəb olmuşdu. Sonradan M. Ağayev həmin görüntüləri silmişdi.
Araşdırma zamanı onun işğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olması müəyyən edilmiş və o bu gün axşam saatlarında Bakı şəhərində saxlanılmışdır. Hazırda araşdırma davam etdirilir.
Hələlik hüquq-mühafizə orqanları rəsmi açıqlama yaymayıb.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28