Vergi Xidmətində çalışan vəzifəli şəxsin oğlu maşınla adam vurub öldürüb

Tural İbadlı Ölüm 06 sentyabr 2020
0
Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.
"NewsCafe"nin məlumatına görə, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.
Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub. S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin sözlərinə görə, hadisəni törədən "Mercedes" markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930