“Premium Bank” gömrük xidmətindən kənarlaşdırılıb?

Maliyyə-Biznes | Sosial 10 sentyabr 2020
0


Dövlət Gömrük Komitəsi (DGK) “Premium Bank” ASC-ni kredit təşkilatlarının reyestrindən kənarlaşdırıb.

“NewsCafe” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, hazırda ölkədə 9 bank gömrük xidməti göstərir. Bunlar “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank” və “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Məsələ ilə bağlı “Report”a “Premium Bank”dan bildirilib ki, maliyyə qurumunun reyestrdən kənarlaşdırılması daimi deyil. Gömrük xidməti göstərmək üçün lazımi sənədlər DGK-ya təqdim olunub və yaxın günlərdə “Premium Bank”ın adı yenidən Komitənin siyahısında olacaq.

 

 

 

Report

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930