"PAŞA Bank"ın xalis mənfəəti 30% artıb

Maliyyə-Biznes 15 yanvar 2021
0

"PAŞA Bank" ASC 2020-ci ili 84,252 milyon manat xalis mənfəətlə başa vurub.
“Newscafe” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 29,5% çoxdur.
Ötən il "PAŞA Bank"ın əməliyyat gəlirləri 313,395 milyon manat (illik müqayisədə 14,9% çox), əməliyyat xərcləri 188,945 milyon manat (15,4% çox), xüsusi ehtiyatlara ayırmaları 11,537 milyon manat (2,3 dəfə az), gözlənilməz gəlirləri 107 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 28,768 milyon manat (64,5% çox) təşkil edib.
Bu il yanvarın 1-nə "PAŞA Bank"ın aktivləri 5 513,021 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,6% çoxdur. Bunun 2 060,484 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,5% böyüyüb.
Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 15,8% artaraq 4 971,876 milyon manata, o cümlədən depozit portfeli 12% artaraq 4 014,761 milyon manata, balans kapitalı isə 13,7% artaraq 541,145 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,5% artaraq 354,512 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56,8%-i "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Ador" MMC-yə, 15%-i isə Arif Paşayevə məxsusdur.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031