Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimə keçir

İnfrastruktur | Sosial 28 sentyabr 2020
0


Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.

Qurumdan "Newscafe"yə verilən məlumata görə, bununla əlaqədar, "Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb

Eyni zamanda, AZAL aviaşirkətinin 1 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin 2 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib.

AZAL aviaşirkətinin ləğv edilmiş reyslərinin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər.

Bundan əlavə, Fly Dubai aviaşirkəti 29 sentyabr, 1 və 3 oktyabr tarixlərinə nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, "Aeroflot" aviaşirkəti 1 və 4 oktyabr tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və "Belavia" aviaşirkəti 2 və 4 oktyabr tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.

Qeyd olunan ləğv edilmiş reyslərin sərnişinləri əlavə məlumat üçün adı çəkilən aviaşirkətlərə müraciət edə bilərlər.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930