Abdullah Gül: “Son zamanlar Azərbaycana qarşı edilən hücumları qınayıram”

Tural İbadlı Xarici xəbərlər | Sosial 29 sentyabr 2020
0

“Dövlət həyatım boyu Qafqazın sabitliyi və sülhü üçün səy göstərən bir insan olaraq, Ermənistanın hərəkətlərinə dərindən təəssüflənirəm və son zamanlar Azərbaycana qarşı edilən hücumları qınayıram”. “NewsCafe” xəbər verir ki, bunu Türkiyənin keçmiş prezidenti Abdullah Gül sentyabrın 27-də “Facebook” səhifəsində Ermənistanın atəşkəsi pozaraq Azərbaycana hücum etməsini şərh edərkən qeyd edib.

Eks-prezident Ermənistanı işğal olunmuş ərazilərdən geri çəkilməyə çağırıb:

“Ümid edirəm ki, Ermənistan rəhbərliyi beynəlxalq hüquqa zidd olaraq işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilmədən bölgədə daimi sülhün bərqərar ola bilməyəcəyini anlayır və xalqının həqiqi mənafelərinə və rifahına xidmət etmək üçün 29 ildir davam etdirdiyi bu haqsız işğala son qoyar”.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930