“Azərişıq” Rus Borisi kəndində yenidənqurma işlərinə start verib

Tural İbadlı Energetika | Sosial 16 oktyabr 2020
0
Azərişıq” ASC Goranboy EŞ–nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib.
Bu barədə “NewsCafe”ə qurumun mətbuat xidmətindən məlumat verilib.
İlk dəfə 1949-cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal- materal göndərilib.
Rus Borisi kəndi 2004 –cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan y/st – dan qidalanır.



Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031