Cəbhədə qurbanlar kəsilib

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 18 oktyabr 2020
0
Azərbaycan ordusunun qazandığı qələbələr cəbhə bölgəsində yaşayan sakinlərdə ruh yüksəkliyinə səbəb olub. Ard-arda gələn zəfər xəbərləri xalqımızın ordumuza qarşı olan inamını daha da artırır.
"NewsCafe"nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Füzuli rayonunun kəndlərindən birində son qələbələr münasibətilə qurbanlar kəsilib. Qazilərdən və Qarabağ Müharibəsi əlillərindən ibarət bir qrup vətənsevər vətəndaş tərəfindən gətirilən qurbanlıq qoyunlar kəsilərək cəbhə bölgəsində paylanılıb.
Sakinlər daim səngərdə dayanan əsgərimizin arxasında olduğunu və cəbhədən gələcək olan yeni qələbə xəbərlərini gözlədiklərini söyləyiblər.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031