Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşüb

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 27 oktyabr 2020
0
Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub.
"NewsCafe"nin məlumatına görə, "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, saat 18:15-də düşmən tərəfindən atılan “Smerç” rayonun Buruc kəndinin ərazisinə düşüb.
Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kəs olmayıb.
Lakin kəndin su xətti sıradan çıxıb.
Hazırda əraziyə Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031