Ermənilər Azərbaycan əsgərlərinə 105 min manata yaxın vəsait köçürdülər

Tural İbadlı Maliyyə-Biznes | Maraqlı 18 oktyabr 2020
0
Bir qrup azərbaycanlı gənc saxta Ermənistan Ordusuna Dəstək Fondu yaradaraq 61 min 371 ABŞ dollar (104 min 330 manat 70 qəpik) yığmağa müvəffəq olublar.
"NewsCafe" xəbər verir ki, bu barədə onlar yaratdıqları "Azerbaijan Deep Web" teleqram qrupunda məlumat veriblər.
Məlumata görə, adıçəkilən saxta Fond 2 həftə öncə açılsa da bu gün ermənilər tərəfindən ifşa olunub:
"2 həftə əvvəl "Kqim" ilə birlikdə yaratdığımız saxta ermənilərə dəstək fondu nəhayət bugün ifşalandı. Yatıb-yatıb indi oyanan düşmənə demək istəyirik ki, artıq gecdir. Öz xoşunuzla göndərdiyiniz pullar artıq cəbhədəki qardaşlarımıza çatdırılıb"- deyə azərbaycanlı hakerlər əlavə ediblər.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031