Azərbaycanda son sutkada 825 nəfər koronavirusa yoluxub

Tural İbadlı Səhiyyə 22 oktyabr 2020
0
Azərbaycanda bu gün koronavirus infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 47 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 151 nəfərdir.
Ötən müddət ərzində 1 260 193 test aparılıb. Bugünkü test sayı isə 9 457-dir.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031