Bir gündə Azərbaycanda 792 nəfər koronavirusa yoluxub

Tural İbadlı Səhiyyə 24 oktyabr 2020
0
Azərbaycanda bu gün koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 49 min 013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 298 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 281 min 497 test aparılıb. Bugünkü test sayı isə 11 353-dir.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031