Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb”

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 24 oktyabr 2020
0
“Ermənistan tərəfindən yaşayış evinin həyətinə atılan “Smerç” raketi. Başqa heç bir şey Ermənistan tərəfindən mülki şəxsləri ayırd etmədən və məqsədyönlü şəkildə atəşə tutulmasının sübutu ola bilməz”.
NewsCafe” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "twitter" səhifəsində yazıb.
“İndi isə Ermənistan tərəfindən yeni inkaretmə dalğası başlayacaq”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri müntəzəm olaraq yerli mülki əhalini hədəfə alır.
Belə ki, düşmən ötən gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinə 9M528 "Smerç" raketini atıb. Raket yaşayış evinin həyətinə düşüb.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031