Arif Paşayev “PAŞA Bank”dakı payını artırıb

Maliyyə-Biznes | Sosial 28 oktyabr 2020
0


PAŞA Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

NewsCafe” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 21 511 800 manat və yaxud 6,5% artırılaraq 333 000 000 manatdan 354 511 800 manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün “PAŞA Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhmin 49-nu Bankın əsas səhmdarı – “PAŞA Holdinq” MMC, 597-ni isə digər səhmdar – Arif Paşayev alıb. 3-cü səhmdar – “Ador” MMC isə prosesdə iştirak etməyib.

Son nəticədə “PAŞA Holdinq”in “PAŞA Bank”dakı payı 60%-dən 56,82%-ə, “Ador”un payı isə 30%-dən 28,18%-ə düşüb, A.Paşayevin payı isə 10%-dən 15%-ə çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb.

“PAŞA Bank”ın səhmdarlarının pay bölgüsü
SəhmdarlarƏvvəlİndi
Səhm sayıFaiz nisbətiSəhm sayıFaiz nisbəti
“PAŞA Holdinq” MMC6 00060,00%6 04956,82%
“Ador” MMC3 00030,00%3 00028,18%
Arif Paşayev1 00010,00%1 59715,00%
Cəmi10 000100,00%10 646100,00%
Nizamnamə kapitalı333 000 000 manat354 511 800 manat
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031