Səfir: “Bütün yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır”

Tural İbadlı Energetika | Sosial 29 oktyabr 2020
0
Azərenerji” ASC-də, qurumun prezidenti Baba RzayevYaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada arasında görüş keçirilib.
Bu barədə “NewsCafe”yə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, görüşdə Yaponiya ilə Azərbaycan enerji sistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin Yaponiya Dövlət Agentliyi - JICA-nın dəstəyi ilə həyata keçirilən layihələr geniş müzakirə edilib.
O cümlədən Yaşmada özəl investisiya hesabına yeni elektrik stansiyasının tikilməsi layihəsi ətrafında müzakirələr aparılıb.
Səfir bildirib ki, bərpa olunan enerji mənbələri, kiçik su elektrik stansiyalarının tikintisi də Yapon şirkətlərinin maraq dairəsindədir.
B.Rzayev isə qeyd edib ki, Azərbaycan ilə Yaponyanın elektroenergetika sahəsindəki əməkdaşlığı 20 ildən artıqdır uğurla davam edir və Yaponiya bu sahədə etibarlı tərəfdaşdır.
Bunda başqa Qarabağ cəbhəsində baş verənlər, mülki əhalinin atəşə tutulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir bildirib ki, Prezident İlham Əliyevin Yaponiyanın nüfuzlu mətbuat orqanlarından olan “Nikkei” qəzetinə müsahibəsi nəşrin birinci səhifəsində dərc edilib və bütün yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır.
Bununla yanaşı səfir hazırda regionda baş verənlərlə bağlı ətraflı məlumatları hökumətlərinə çatdırdıqlarını da qeyd edib.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031