Rusiyanın Zabaykal vilayəti Azərbaycan Orudusuna dəstək oldu

Tural İbadlı Sosial təminat 31 oktyabr 2020
0
Rusiyanın Zabaykal vilayəti Azərbaycan Orudusuna dəstək oldu
Rusiyanın Zabaykal vilayətində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 26 520 manat məbləğində vəsait köçürüb.
"NewsCafe" xəbər verir ki, Zabaykal vilayətinin diaspor rəhbəri Ələddin Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuzun gücünə inanır, torpaqlarımızın ərazi bütövlüyünü bərpa edərək, qələbə çalacağına əmindir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir..
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031