Dənizçilər “YAŞAT” Fonduna ianə edib

Tural İbadlı İnfrastruktur | Sosial 09 yanvar 2021
0
Daim sosial həmrəylik nümayiş etdirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna əməkhaqlarından könüllü olaraq vəsait köçürüblər.
Bu barədə "NewsCafe"yə ASCO-dan məlumat verilib.
Məlumata görə, ASCO ailəsinin üzvləri ümumilikdə “YAŞAT” Fonduna 548 min 187 manat məbləğində ianə ediblər.
"ASCO kollektivi olaraq Vətən müharibəsində şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına başsağlığı verir, döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyirik. Vətən torpağı uğrunda tərəddüd etmədən canından keçən şəhidlərimizi daim hörmətlə anmaq, onlardan bizə yadigar qalan ailələrin, müharibə zamanı yaralanan qazilərimizin sosial müdafiəsi və övladlarının firavan gələcəyini təmin etməyi missiyamız hesab edirik", - qurum bəyan edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031