Bakıda avtobuslar üçün ayrıca hərəkət zolağı salınacaq

Tural İbadlı İnfrastruktur 05 noyabr 2020
0

 "Bakıda avtobusların maneəsiz hərəkəti üçün ayrıca hərəkət zolağının salınması istiqamətində artıq işlər real müstəviyə keçir".

NewsCafe” "Report"a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, paytaxtda müxtəlif beynəlxalq tədbirlər, oyunlar keçirilən zaman avtobuslar üçün ayrılmış ayrıca hərəkət zolağının faydasını gördük: “Müvafiq qurumlarla bir neçə müddət idi ki, məsləhətləşmələr aparılırdı. Məsləhətləşmələr avtobuslar üçün ayrıca hərəkət zolaqlarının hansı küçələrdə, hansı yollarda olması ilə bağlı idi. Bütün bunların hamısı kompleks şəkildə təhlil edilirdi. Yolun infrastrukturu da bunun üçün uyğun olmalıdır. Artıq müəyyən küçələrlə bağlı razılıq var”.

Oxşar xəbərlər
Şərhlər - cəmi1
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30