Prezidentin köməkçisi "Sərhədsiz reportyorlar" təşkilatının iddialarına cavab verib

Tural İbadlı Daxili xəbərlər 05 noyabr 2020
0

 "Sərhədsiz reportyorlar" təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi".

"NewsCafe"nin xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

"Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir", - H.Hacıyev əlavə edib.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30