Samvel Babayan: "Qəhrəman titulundan imtina edirəm və səlahiyyətlərimi dayandırıram"

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 10 noyabr 2020
0
Samvel Babayan: "Qəhrəman titulundan imtina edirəm və səlahiyyətlərimi dayandırıram"
Seperatçı rejimin "Təhlükəsizlik Şurasının katibi" Samvel Babayan Qarabağdakı hərbi əməliyyatların dayandırılmasına etiraz əlaməti olaraq "vəzifəsindən istefa verdiyini" açıqlayıb.
"NewsCafe" "MediaPost"a istinadən xəbər verir ki, o bu barədə "Facebook" hesabında paylaşım edib.

"Bütün bunlara cavab olaraq "Artsax qəhrəmanı" titulundan imtina etdiyimi və Təhlükəsizlik Şurasının katibi səlahiyyətlərimi dayandırıram", - deyə o, bildirib.
Katibin fikrincə, Ermənistan liderinin qərarı "solo"dur (təkbaşına) və onun sözləri reallıqla uyğun gəlmir.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30