ABŞ Qazaxıstanı KTMT-nı köməyə çağırdığı üçü qınadı

Tural İbadlı Xarici xəbərlər | Sosial 07 yanvar 2022
0
“Birləşmiş Ştatlar hesab edir ki, Qazaxıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakı olmadan təkbaşına iğtişaşlara qarşı mübarizə aparmağa qadirdir”.
NewsCafe” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.
“KTMT-yə gəlincə. Bizim Qazaxıstanın təcili yardım üçün müraciətinin mahiyyəti, nə üçün irəli sürülməsi ilə bağlı suallarımız var, bununla bağlı daha ətraflı məlumat almağa çalışırıq. Sözsüz ki Qazaxıstan hakimiyyətinin və hökumətinin etirazlarla bağlı vəziyyəti düzgün həll etmək, asayişi qorumaq, etirazçıların hüquqlarına hörmətlə yanaşmaq potensialı var. Odur ki, onların (Qazaxıstan liderlərinin - Red) hansı səbəbdən kənar yardıma ehtiyac duyduqları aydın deyil.”-, deyə Amerika diplomatiyasının rəhbəri bildirib.
E. Blinken əlavə edib ki, ABŞ Qazaxıstan hakimiyyətini etirazçıların hüquqlarına hörmət etməyə çağırır.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31