Çirkli pulların yuyulması üzrə ölkələrin reytinqi açıqlanıb

Maliyyə-Biznes | Sosial 12 noyabr 2020
0
Çirkli pulların yuyulması üzrə ölkələrin reytinqi açıqlanıb

Azərbaycan dünyada çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riskləri sıralamasında 141 ölkə arasında 66 yerdə qərarlaşıb.
“Newscafe” xəbər verir ki, bu barədə Basel Dövlət İdarəetmə İnstitutunun “Basel AML İndeksi”nin illik hesabatında əks olunub.
Məlumata görə, siyahıda Avriopa və Mərkəzi Asiya regionu ölkələrindən Türkiyə 41-ci, Rusiya 52-ci, Ermənistan 79-cu, Gürcüstan isə 103-cü yerdə qərarlaşıb.
Hesabatda ilk 3 sırada Əfqanıstan (1), Haiti (2) və Myanmarn (3), son 3 sırada isə Estoniya (141), Andorra (140) və Finlandiya (139) qərarlaşıb.
Hesabata görə, regionun ümumi risk qrupu qlobal ortalamaya yaxındır, ancaq keyfiyyət göstəricisi daha yaxşıdır. Regionun zəif cəhətləri korrupsiya və rüşvət, siyasi və vətəndaş hüquqları, media azadlığı və məhkəmə sisteminin müstəqilliyi ilə bağlı məsələləri əks etdirən hüquqi və siyasi risklərdə özünü göstərir.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30