Biləsuvarda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin icrası davam edir

Tural İbadlı Elm-Təhsil 13 noyabr 2020

Biləsuvar rayonunda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin icrası uğurla davam edir.
Layihə rəhbəri

 nın verdiyi məlumata görə, layihənin artıq onlayn təlimlər olan hissəsi təşkil edilib. Belə ki, məktəblər üzrə seçilmiş 20-dən artıq dil-ədəbiyyat müəlliminin onlayn təlimləri yekunlaşıb. Təlimləri təlimçi Bəhruz Nəbili və layihənin eksperti Üzeyir Eyvazov aparıb. Onlar təlim iştirakçılarına məktəblilər arasında bədii və elmi əsərlərə maraq oyatmaq, onlarda söz ehtiyatını artırmaq, müstəqil fikir yürütmə bacarığını inkişaf etdirmək, bədii əsərlərdə rast gəlinən müsbət və mənfi obrazları (hadisələri) müqayisə etmək, bədii və elmi əsərləri qiymətləndirmək, elmi əsərlərdə göstərilmiş fakt və hadisələrdən düzgün istiqamətdə yararlanmaq, asudə vaxtlarını necə səmərəli keçirməlidir haqqında məlumatlar veriblər. Təlimlər 3 gün davam edib.
Bundan sonra təlimdə iştirak edən müəllimlər təmsil etdikləri məktəblərdən müsabiqə üçün şagirdlər seçəcəklər. Müsabiqə 5 mərhələdə həyata keçiriləcəkdir. İlk mərhələni keçmiş iştirakçılara ikinci mərhələdə elmi əsərlər təqdim olunacaqdır ki, onlar da həmin elmi əsərlərdəki fakt və hadisələrdən istifadə etməklə kiçik həcmli hekayə (məqalə) yazacaqlar. 3-cü mərhələdə iştirakçılara 5-7 səhifədən ibarət hekayələr paylanır. Həmin hekayələrdə sonluq hissəsi çıxarılmış olur. Hekayə oxunduqdan sonra şagirdlərə hekayəni düşüncələrinə uyğun tamamlamaq tapşırılır. Nəticələr komissiya tərəfindən yoxlanaraq daha kreativ olanlar seçilir. Müsabiqənin final mərhələsinə hazırlıq bir ay öncədən aparılır. Məktəblərdən seçilmiş ədəbiyyat müəllimi vasitəsilə seçilmiş iri həcmli bədii əsər dördüncü - final mərhələsinə keçmiş şagirdlərə paylanılır və onlara verilmiş zaman ərzində bədii və elmi əsər haqqında 5-7 dəqiqə müddətində onlayn formada çıxışlar (video, PPT, esse və s. formatda) hazırlamaq tapşırılır.
Layihənin sonuncu mərhələsində onlayn çıxışlar komissiya tərəfindən dəyərləndiriləcək və I, II, III yer olmaqla qaliblər müəyyən ediləcək. Qaliblərə və layihə müddətində fəallıq göstərən iştirakçılara bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar təqdim olunacaq.
Müsabiqənin final və mükafatlandırma mərhələsi bitdikdən sonra layihənin hesabat dövrü başlayacaq. Yekun olaraq bütün sənədlər layihə rəhbəri tərəfindən yoxlanılaraq Təhsil Nazirliyinə təqdim olunacaqdır.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

 

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30