Salyanda “Skaut metodları ilə həyat üçün təhsil” layihəsinin açılışı keçirilib

Tural İbadlı Elm-Təhsil 01 noyabr 2020
Salyanda “Skaut metodları ilə həyat üçün təhsil” layihəsinin açılışı keçirilib
Salyan rayonunda Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalib layihələrindən biri olan “Skaut metodları ilə həyat üçün təhsil” layihəsinin açılış mərasimi keçirilib.
“NewsCafe” xəbər verir ki, layihənin açılış mərasimi pandemiya şəraiti ilə bağlı olaraq onlayn şəkildə baş tutub. Layihə rəhbəri Gülər Quliyeva ilk öncə Təhsil Nazirliyinin məktəb və müəllimlərin ideyalarını həyata keçirmək üçün yaratdığı qrant müsabiqəsi barədə məlumat verib.
Daha sonra o, layihənin məqsədini haqqında məlumat verib. Layihənin məqsədi qeyri-formal təhsil formasından - skaut metodlarından istifadə etməklə Salyan rayonunun 4 məktəbində şagirdlərin fəal vətəndaş kimi formalaşmasına və bu istiqamət üzrə kadrların (təhsil verənlərin) təlimləndirilməsinə nail olmaqdan ibarətdir.
O qeyd edib ki, layihə çərçivəsində idarə heyətinin formalaşdırılıb və təlimatlandırılıb. Eyni zamanda Salyan rayonu üzrə seçilmiş 4 məktəbdə (2 şəhər və 2 kənd məktəbi olmaqla) təbliğat işlərinə start veriləcək. Həmçinin layihə idarə heyəti, təlimçi və ekspertlər tərəfindən qeyri-formal təhsil – skaut metodlarını özündə birləşdirən “Skaut metodları ilə həyat üçün təhsil” adlı proqramı tərtib olunacaqdır. Təlimi uğurla başa vurmuş iştirakçılar skaut liderliyi ilə bağlı sertifikatlar əldə edəcəklər. Onlar təlimlərdən sonra öz məktəblərində 5-6-cı sinif şagirdlərindən ibarət 16 nəfərlik skaut dəstəsi formalaşdıracaqlar. Məktəblərdə dəstələrin formalaşdırılması bitdikdən sonra dəstələr “Skaut metodları ilə həyat üçün təhsil” proqramı əsasında həftəlik görüşlərinə start verəcəklər. Bu fəaliyyətlərin icrası zamanı layihə idarəçiləri və təlimçiləri tərəfindən dəstə görüşlərinə monitorinq həyata keçiriləcəkdir ki, bunun da məqsədi dəstə liderləri trəfindən keçirilmiş təlimlərin effektivliliyinin qiymətləndirilməsi olacaqdır.
Layihənin nəticələri olaraq “Skaut metodları ilə həyat üçün təhsil” proqramı qeyri-formal təhsil forması olaraq ilk dəfə olaraq sistemli şəkildə dövlət ümumtəhsil məktəblərində tətbiq olunacaqdır. Pilot olaraq 16 müəllim skaut metodlarını öyrənib tətbiq etmə imkanı əldə edəcəklər və düşərgələrini idarə etmək üçün kompitensiyalı kadrlar hazırlanacaq. Layihədən birbaşa olaraq 4 məktəb üzrə 16 müəllim və 64 şagird, dolayısı yolla isə bir mindən çox şəxs yararalanacaqdır. Nəzərə alsaq ki, layihənin təbliği geniş formada təşkil olunacaqdır, bu da layihədən məlumatlananların və yararlananların sayının 10 mindən də çox olacağı gözlənilir.
Qeyd edək ki, layihə sentyabrın 15-dən dekabrın 15-dək olan dövrü əhatə edəcək.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30