Anar Ələkbərov “AzNar”ın İdarə Heyətinə yeni üzv seçilib

Tural İbadlı Maliyyə-Biznes 18 noyabr 2020
0
Azərbaycanda qida və aqrar sektorunda fəaliyyət göstərən “Aznar” QSC-nin (Teymur Əhmədovun adını daşıyır) İdarə Heyətinə yeni üzv seçilib.
"NewsCafe"nin məlumatına görə, İdarə Heyətinə yeni seçilmiş üzvün adı Anar Ələkbərovdur. A.Ələkbərov buna qədər “Nar Mobile”də çalışıb.
“AzNar”ın cari ilin iyun ayının sonları səhmdarlarının toplantısı gözlənilirdi. Həmin toplantıda Direktorlar Şurası ilə yanaşı icara orqanlarında da baxılması müzakirə ediləcəkdi.
A.Ələkbərov həmçinin Baş kommersiya inzibatçısı kimi təyin edilib.
Qeyd edək ki, “AzNar” QSC-nin nizamnamə kapitalı 30 mln. manatdır, majoritar səhmdarı azərbaycan əsilli milyarder Fərhad Əhmədovdur. “AzNar” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.
Teymur Əhmədov adına “AzNar” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30