“Azəristiliktəchizat”ın SOCAR-a 18 milyon manat borcu var

Tural İbadlı Energetika 18 noyabr 2020
0
Bu günə olan məlumata görə, “Azəristiliktəchizat” ASC-nin təbii qazdan istifadəyə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu var.
"NewsCafe" xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında qurumun sədrinin müavini İlham Mirzəliyev deyib.
İ.Mirzəliyevin sözlərinə görə, borc məsələsini hökumət həll edəcək: “Azəriqaz”a olan borc qış mövsümündə istilik təchizatında problem yaratmayacaq. Qoşulmaların gecikməsi “Azəristiliktəchizat” ASC-nin borcu ilə deyil, texniki məsələlərlə bağlıdır. Borcun ödəniməsi məsələsi ilə hökumət məşğul olacaq”.
Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30