Deputat: "Azərişığ"ın əməkdaşları da hərbiçilərimiz kimi fədakardılar

Tural İbadlı Energetika 27 dekabr 2020
0
"Azərişıq” ASC-nin  mühəndisləri, texniki heyəti də çiyinlərində yükü daşıyanlardır. Onlar da hərbiçilərimiz kimi fədakardılar”.
"NewsCafe" xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc işğaldan azad edilmiş ərazilərin elektrik enerjisiylə təchizatı barəsində danışarkən səsləndirib.
O qeyd edib ki, mühəndis əməyi də Şuşa üçün, işğaldan azad olunan ərazilər üçün savaşın bir hissəsidir: 
"Bu dəqiqə həmin insanlar ağır, şaxtalı havada, çovğunda, qarda, yolsuzluq şəraitində durmadan çalışırlar, Şuşaya işıq verirlər. Azərbaycanın mədəniyyət beşiyində, bizim üçün müqəddəs olan yerdə bu işığın ayrı, özəl bir mənası var. 
O, mütləq ətrafdan da görünür. Heç şübhəsiz ki, uzun on illər Azərbaycandan ayrı düşmüş məkana, qaranlıq, zülmət yaradılmış məkana işıq vermək, çıraqların yanması böyük məna daşıyır. Bu, Azərbaycan əlləriylə bizim tarixi yurdumuzun yenidən bərpa olunmasıdır”. 
Zahid Oruc bildirib ki, bu fədakar əmək təqdirəlayiqdir:
"Vaxtilə Xəzər dənizində estakadalar, şəhər salınırdı. Fədakar insanlar əmək sərf edir, böyük işçi qüvvəsi canı, qanı ilə Azərbaycan iqtisadiyyatının fundamentini formalaşdırırdılar.
Yaxud, Baykal-Amur magistralı ilə bağlı da eyni əmək rəşadətini, inşaat cəbhəsində vuruşan insanların hünərini vurğulamaq olar. Ona görə Şuşada yaradılan bu baza, elektrik enerjisi özlüyündə  orada Azərbaycanın təkcə iqtisadi əsası deyil, bu həm də siyasi, mənəvi amildir, qarşıdakı dövr üçün bütövlükdə digər ərazilərin bərpa olunması işinin bünövrəsidir, əsasıdır. Ucalan elektrik dirəkləri bizim orada, Şuşa qalasında möhkəmlənmə dirəklərimizdir”.
@Demokrat.Az
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031