"Qaçqınkom" şəhid ailələrinə təqim olunması üçün 4 700 mənzili nazirliyə verdi

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 08 yanvar 2021
0
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilən mənzillər və yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib. Həmin mənzillər şəhid ailələrinə veriləcək”.
NewsCafe” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O bildirib ki, söhbət 4 700-ə yaxın mənzilli qəsəbələrdən və yaşayış kompleksindən gedir:
“Həmin mənzillər Bakı, Sumqayıt, Abşeron, eləcə də Samux və Lənkəran rayonu ərazisində inşa olunub. Həmin mənzillər artıq istifadəyə hazırdır. Eyni zamanda, evlər sosial texniki infrastrukturla təchiz edilib. Yəni mənzillər tam olaraq yaşam üçün hazır vəziyyətdədir”.
Sədr müavini qeyd edib ki, mənzillərin paylanma mexanizmi ƏƏSMN-in səlahiyyətindədir.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031