Gömrük Komitəsi müsadirə etdiyi dərmanları orduya bağışladı

Tural İbadlı Maliyyə-Biznes 09 yanvar 2021
0
Dövlət Gömrük Komitəsi (DGK) Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə ümumilikdə dəyəri 7,6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verib.
NewsCafe”nin Komitəyə istinadən verdiyi məlumata görə, aksiya ötən ilin sentyabr ayının 28-dən etibarən Azərbaycan ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar hərbi qulluqçuların qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsi, habelə "Hərbi vəziyyət haqqında" qanundan irəli gələn tələblərin icrasına töhfə verilməsi ilə bağlı həyata keçirilib.
Belə ki, gömrük orqanlarının ayrı-ayrı vaxtlarda hüquqpozma predmeti kimi götürdüyü 4 743 276 manat dəyərində qeyri-ərzaq məhsulları, eyni zamanda müvafiq məhkəmə qərarlarının icrası məqsədilə 2 948 414 manat dəyərində müxtəlif adda dərman preparatları və tibbi ləvazimatlar silahlı qüvvələrə təhvil verilib.
Proses Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031