Bakı zooparkından xəbər var: Meymun balalayıb, tutuquşu ölüb

Tural İbadlı Maraqlı 13 yanvar 2021
0
2019-cu ilin fevral ayından etibarən təmir üçün bağlanılan Bakı Zooloji Parkı hələ də istifadəyə verilməyib. Zooparkda saxlanılan heyvanlar isə elə həmin dövrdə müvəqqəti olaraq Qaradağda saxlanc yerlərinə yerləşdirilib. Hazırda onlar sözügedən ərazidə karantin altında saxlanılır.
"NewsCafe" xəbər verir ki, urumun rəhbəri Azər Hüseynov Yenisabah.az-a açıqlamasında təmirin nə vaxt başa çatacağının məlum olmadığını vurğulayıb:
“Zooparkda işlər davam edir. Hazır olduqdan sonra biz heyvanları oraya köçürəcəyik. Lakin bizə hələ ki dəqiq vaxt deyilməyib. Bu dəqiqə orada filtrlərin qurulması, "setka"ların çəkilməsi, elektrik qoruyucuların quraşdırılması kimi işlər gedir. Bunlar yekunlaşana yaxın yəqin ki, bizə məlumat veriləcək. Zooparka yeni kaymanlar (çay timsahı), o cümlədən ilanların bir neçə növünü gətirmişik. Yeni zooparkda gətirilən heyvanların hamısı nümayiş olunacaq.  Bildirim ki, onlar daha çox Belarusdan və Rusiyanın şimal bölgəsindəki zooloji parklardan mübadilə yolu ilə gətirilib. Tələf olan heyvanlara gəldikdə isə bu, çox müşahidə olunmayıb. İri heyvanlarımızın hamısı sağdır, quşlar arasında tələf olanlar var. Bunlara dalğavari tutuquşu, qırqovul daxildir”.
Həmsöhbətimiz yaxın zamanda Qarabağ atının ikinci dəfə balalayacağını da diqqətə çatdırıb:
“Digər Qarabağ atının isə martın 21-də artıq 1 yaşı olacaq. Zooparkımızda Qarabağ atlarını nümayiş etdirəcəyik. Meymunumuz 3-cü dəfə balalayıb”.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031