Mərkəzi Bank özünə 218 milyon avroluq bina tikdirir

Tural İbadlı Maliyyə-Biznes 13 yanvar 2021
0
Türkiyənin “Tekfen Holding”i Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının inşası üçün keçirilmiş tenderin qalibi olub.
NewsCafe” bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir.
Məlumata görə, layihənin dəyəri 218 milyon avrodur.
Mərkəzi Bankın yeni inzibati binasının hündürlüyü 141 metr olacaq
AMB üçün yeni inzibati bina tikintisinə dair qərar Nazirlər Kabineti tərəfindən hələ 2011-ci ildə verilib. Bu məqsədlə Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi də ayrılıb. Lakin tikinti işləri tezliklə də dayandırılıb.
Onu da qeyd edək ki, Mərkəzi Bankın indiki ofisi 1998-ci ildə istismara verilib. Bank üçün yeni ofisin tikilməsi zərurəti bütün əməkdaşları orada yerləşdirməyin mümkün olmaması ilə izah olunur.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031